Anamız bu gün işdədir, İşdədir böyük qardaşım. - Gör bir işin nə qədərdir, Deyir mənə qonşularım. Bir işdən yapışım dedim, Birdən anamız gec gələr. Nahara qoy nəsə edim, O isə bir az dincələr. Qoymaram yorulsun anam, Tək gətirrəm odunları. Çalışıb hazırlayaram, Əsl aşpaztək naharı. Qab-qacaqları sürtərəm, Təmizlərəm hər bir yeri. Bir-bir yerinə düzərəm, Oyuncaq və dəftərləri. «Fəxrimizsən, bir dənəsən» Deyəcək anam, qardaşım. «Bu evin sahibi sənsən, Olsa da boyun bir arşın»