Qorxulu əhvalat

Bir gün bir hörümçək
bərk sürüşərək,
Dığırlandı yerə
dəydi kətilə.
Kətil yerə düşdü –
taxtaları deşdi,
Döşəmə yırğalandı –
və ev dağıldı.
Evsə ucada, yamacda idi,
Birbaşa aşağı diyirləndi.
Tappıltıyla çaya düşdü,
Şişdi çay daşqına döndü,
Ətrafda nə varsa gömdü.
Dərələr və dağları,
Ağaclar və daşları,
Evləri, hasarları,
Uddu hər şeyi sular,
Acgöz, qorxunc dalğalar.
Dalğalar qoynunda üzür bir budaq,
Gəlin bu budağa yaxından baxaq.
Oturub orda o fağır hörümçək,
Sürüşüb yıxılan ağır hörümçək.
Köksünü ötürür, büzüşür, qorxur,
Hərdən də əzdiyi dizini ovur.

Leave a comment