Arıçılar

Kəlbəcər rayonundan məcburi köçkün düşüb Oğuz rayonunda məskunlaşmış bir ailə. Arıçılıq dədə-baba peşələri olduğu üçün çətinliklərə baxmayaraq burada da bu ənənəni davam etdirməyə çalışırlar. Arıların ailənin ən kiçik üzvünə kimi sancmasına baxmayaq, ağsaqqal onlardan incimədiyini və “Bal tutan barmağın da yalayar, bal tutanı arı da dalayar” deyə bildirdi. Səxavətlə məni evlərində qonaq etmək istəsələr də, bir rayonda ən çoxu Continue reading

Random tweets

TwitterOkay, let me admit it: Among all the social networks that I’m on, Twitter is the most addictive. It is now 4 years since I started using  Twitter.  The only network I don’t want to get rid of ! Why?! I don’t know. Maybe because there are more useful updates. No ‘friend’ requests and games, less characters, more effectual and beneficial. Ehm… no, I’m not an avid user 🙂 I don’t want to become one. What if I lose all my interest in this website?!  There were shutdown rumours, but I don’t think it will happen soon. Yet I decided to adapt some of my tweets into a quick blog post. Just to be on the safe side 😉 Cheers! Continue reading

15o Hərəkatından seçmələr

Bildiyiniz kimi bu il ali məktəblərə qəbul imtahanları zamanı minimal keçid balı 150-yə endirildi. Buna reaksiya heç də birmənalı olmadı. Sosial şəbəkələrdə dartışıldı, əksəriyyət tənqid etdi. Bu yazıda Twitter-də balların aşağı salınması ilə bağlı 150herekati hashtag-i ilə gedən bəzi tvitlərdən sitatlar olacaq.

Image

Continue reading

Nİfrətbazlar

Haters gonna hate, mate!                                                                                                                            

Bunu yazmalıydım! Gözəl metromuzda gələndə bu gün bir dənə də dialoqu eşitdim. Futbol haqqında idi. İki oğlan Euro2012-dən danışırdı. Hərəsinin azı 24-26 yaşı olardı. Söhbət dünənki İspaniya-Portuqaliya oyunu ilə başlayıb, bugünki Almaniya-İtaliyaya oyununa gəldi. Söz arası biri dedi:

Mən həmişə almanlara nifrət eləmişəm.

Xeyir ola ki, nifrət? (Bu sualı mən də verdim. Ürəyimdə və daha sərt şəkildə:) )

Nəəm. Lap balacalıqdan, elə-belə.

– Tupoysan ki, sən. Nəyə görə nifrət elədiyini bilmirsən 🙂

– Belə deyək də..onlar faşist olublar. Bir də futbolu bizdən yaxşı oynayırlar.

– Öldürmüsən e. Sənə kim dedi ki, bütün almanlar faşist olub?! Bu bir. Bir də futbolu bizdən yaxşı oynayırlarsa bizim komandaya nifrət elə də.

Burda söhbəti eşidən hamı güldü. Nifrətdən bol olan oğlan revanş götürdü)

– Yox bir dənə də səbəb var. Almanlarda həmişə bir dənə də olsun türk olub.

– Yaxşı ala!! Məntiqsən e sən. Onlar Türkiyədən getməyib ki.. Almaniyanın vətəndaşıdır. Dəxli nədir ki, türkdür, ya alman. Sən öl sən təkərə düşmüsən. 28-ə çatmamış çalış çıx ordan 🙂

Qaqaş yaman dedi amma. Dostunun mənasız yerə nifrət etməyi bir yana qalsın, nifrətini tutarsız dəlillərlə leqallaşdırmaq istəməsi gülüncdür. Hamı ona gülsə ki, o öz sözündən dönməmiş kimi göründü. Oğlanın üzündə “Hər kəsin səbəbsiz yerə nifrət etmək hüququ var” kimi ifadə var idi. Bəlkə də belə bir hüquq var. Amma bu sakit hüquqdur. Yəni bununla fəxr edib ucadan hamıya dinlətmək, başqalarının səbəbsiz yerə sevmək hüququnu pozur. Nifrətini özgəyə sırımaq istəyi həmişə olub insanlarda. Yəqin tənha nifrət etmək darıxdırıcıdır, bezdiricidir. Lap birtərəfli sevgi kimi, lap AzTV-nin almanlara olan nifrəti kimi )