Üşüyən nənə

Bu gün bir düşündürücü hadisənin şahidi oldum.

İşdən evə gələndə 20 Yanvar stansiyasının çıxışında bir qadın yaxınlaşıb üzdən sağlam görünən dilənçiyə pul verdi. Qadının hardasa 6 və 9 yaşlarında olan iki oğlu maraqla qadını gözdən keçirirdi. Dilənçidən uzaqlaşdıqca pilləkənlərin lap yuxarısında bir qarı nənənin qabağına 3-4 dənə işçi əlcəyi qoyub satırdığını görən böyük oğlan “Ana, gərək pulu o dilənçiyə xalaya verməzdik, burda üşüyən nənədən nəsə alardıq” dedi!

Sizcə düzmü dedi uşaq? Sədəqə verən zaman dilənçinin fiziki normal görünməsinə fikir verməliyikmi?

Advertisements