Anamız bu gün işdədir, İşdədir böyük qardaşım. - Gör bir işin nə qədərdir, Deyir mənə qonşularım. Bir işdən yapışım dedim, Birdən anamız gec gələr. Nahara qoy nəsə edim, O isə bir az dincələr. Qoymaram yorulsun anam, Tək gətirrəm odunları. Çalışıb hazırlayaram, Əsl aşpaztək naharı. Qab-qacaqları sürtərəm, Təmizlərəm hər bir yeri. Bir-bir yerinə düzərəm, Oyuncaq və dəftərləri. «Fəxrimizsən, bir dənəsən» Deyəcək anam, qardaşım. «Bu evin sahibi sənsən, Olsa da boyun bir arşın»
Tag Archives: Translations
İnsan

Dünyaya yaxşımı, pismi gəlib quş,
Fərq etməz, uçacaq, bu ona xasdır.
Di gəl ki, insanda belə olmurmuş.
İnsantək yetişmək lazımdır, çünki,
İnsantək doğulmaq hələ çox azdır!
Qalay Əsgərcİk
Əynində mundiri Özü qalaydan. Dayan! - deyir əsgər, Yol yoxdur burdan! Səsləndilər ona: Kraliçayam mən, Təcili kralla Görüşməliyəm! Əsgər cavab verdi: Təəssüf edirəm. Krala belə yol Verə bilmərəm. Görsəm kralı da, Deyəcəm belə: Giriş-çıxış üçün, Şifrəni söylə. Şifrəni bilirəm! Səs gəldi yenə. Şokolad sözüdür, Dedilər mənə. Yolüstü bir az da Aldım sizinçün. O! - dedi əsgərcik, Buyurun, keçin. Əynində mundiri, Özü qalaydan Belə şirnisevən Taparsız hardan?!