Maşa birincidədir,
Nə gözəl forması var!
Nişastalı önlüyün
Dik qoysan, dik də qalar.
Önlüyü qırçın-qırçın,
Paltarısa büzməli.
Qiyməti də “5” olsa
Olar tam səliqəli!
Anamız bu gün işdədir, İşdədir böyük qardaşım. - Gör bir işin nə qədərdir, Deyir mənə qonşularım. Bir işdən yapışım dedim, Birdən anamız gec gələr. Nahara qoy nəsə edim, O isə bir az dincələr. Qoymaram yorulsun anam, Tək gətirrəm odunları. Çalışıb hazırlayaram, Əsl aşpaztək naharı. Qab-qacaqları sürtərəm, Təmizlərəm hər bir yeri. Bir-bir yerinə düzərəm, Oyuncaq və dəftərləri. «Fəxrimizsən, bir dənəsən» Deyəcək anam, qardaşım. «Bu evin sahibi sənsən, Olsa da boyun bir arşın»
Dünyaya yaxşımı, pismi gəlib quş,
Fərq etməz, uçacaq, bu ona xasdır.
Di gəl ki, insanda belə olmurmuş.
İnsantək yetişmək lazımdır, çünki,
İnsantək doğulmaq hələ çox azdır!
Əynində mundiri Özü qalaydan. Dayan! - deyir əsgər, Yol yoxdur burdan! Səsləndilər ona: Kraliçayam mən, Təcili kralla Görüşməliyəm! Əsgər cavab verdi: Təəssüf edirəm. Krala belə yol Verə bilmərəm. Görsəm kralı da, Deyəcəm belə: Giriş-çıxış üçün, Şifrəni söylə. Şifrəni bilirəm! Səs gəldi yenə. Şokolad sözüdür, Dedilər mənə. Yolüstü bir az da Aldım sizinçün. O! - dedi əsgərcik, Buyurun, keçin. Əynində mundiri, Özü qalaydan Belə şirnisevən Taparsız hardan?!
Ağ saçım, demədin nə vaxt gəlmisən,
Güc gəlib deyəsən maraq, gəlmisən.
Qapını döydünmü? Eşitmədim heç!
Bacadanmı girib sərvaxt gəlmisən?
Tək gəlsən üzünə vurmazdım bunu,
Dartmısan arxanca qohum, dostunu.
Hələ gözləmirdim sənin yolunu,
Səndən nə gizlədim, bivaxt gəlmisən.
Xoş gəldin deməyə dönmür heç dilim,
Qalacaqsansa de, işimi bilim?!
Saqqala girişmə amma, mən ölüm!
Gəl elə zənn edək qonaq gəlmisən.
I sit, I glare and patiently wait,
I’m angry and tense, I warn you, mate!
Back off! Beware! Don’t push your fate,
One more step, and it will be late!
I don’t fancy blocking yer road,
No, just protecting my abode.
Walk your way now, I’ll walk mine,
Respect my fences and you’ll be fine!
Musiqi dərsində oxuduğumuz, o vaxtdan yadımda qalan, indiyə kimi həmişə beynimdə fırlanan bir mahnını da yazıram burda qalsın.
I bənd
Bizimdir bu şənlik, büsat,
Bu nəğmədə gülür həyat.
Ana Vətən, doğma ocaq,
Bizik sənə qoşa qanad.
Dəstə-dəstə çıxdıq yola,
Dostlar dedi: — Uğur ola.
Yolumuza çıraq tutub,
Bu göy meşə, yaşıl tala.
II bənd
Göyərçinim, qanad saxla,
Dəstəmizə könül bağla.
Oxu bizimlə şən nəğmə,
Qoy yayılsın dalğa-dalğa.
Gələcəyə etdik səfər,
Dolaylarda güldü səhər.
Bizimçün də yer saxlayın,
Ay zirvələr, ay zirvələr.
Nəqarət
Bayrağımız qızıldan,
İşıqları saçılan,
Ömrümüzə açılan,
Üfüqə salam,
Hey, üfüqə salam!
TRANSLATIONS, ESSAYS, SHORT STORIES, POETRY, PHOTOS AND MORE
Currently in: Baku
Adam HelloKishi olar!
My Irrational Life
Photography by Corina Mitrescu
If your pictures aren't good enough, you're not close enough - Robert Capa