Bayrağımız qızıldan

1-2Musiqi dərsində oxuduğumuz, o vaxtdan yadımda qalan, indiyə kimi həmişə beynimdə fırlanan bir mahnını da yazıram burda qalsın.

I bənd
Bizimdir bu şənlik, büsat,
Bu nəğmədə gülür həyat.
Ana Vətən, doğma ocaq,
Bizik sənə qoşa qanad.
Dəstə-dəstə çıxdıq yola,
Dostlar dedi: — Uğur ola.
Yolumuza çıraq tutub,
Bu göy meşə, yaşıl tala.

II bənd
Göyərçinim, qanad saxla,
Dəstəmizə könül bağla.
Oxu bizimlə şən nəğmə,
Qoy yayılsın dalğa-dalğa.
Gələcəyə etdik səfər,
Dolaylarda güldü səhər.
Bizimçün də yer saxlayın,
Ay zirvələr, ay zirvələr.

Nəqarət
Bayrağımız qızıldan,
İşıqları saçılan,
Ömrümüzə açılan,
Üfüqə salam,
Hey, üfüqə salam!

Mahnı axtarıram

Мы запели песенку_РустамоваMəktəb vaxtından yadımda qalan bir musiqini çoxdandır ki, axtarırdım. Yadımda idi ki, bu nəğməni biz eyni zamanda iki dildə, rus və öz dilimizdə əzbərləmişdik. Rus dilində olan versiyanı asanlıqla internetdən tapdığım halda, tərcümə olunmuş versiyanı tapa bilmədim. Azərbaycan dilində olan versiyadan cəmi iki bənd yadımda qalmışdı. Continue reading