Qalay Əsgərcİk

Qalay əsgər

Əynində mundiri

Özü qalaydan.

– Dayan! – deyir əsgər,

Yol yoxdur burdan!

Səsləndilər ona:

– Kraliçayam mən,

Təcili kralla

Görüşməliyəm!

Əsgər cavab verdi:

– Təəssüf edirəm.

Krala belə yol

Verə bilmərəm.

Görsəm kralı da,

Deyəcəm belə:

Giriş-çıxış üçün,

Şifrəni söylə.

– Şifrəni bilirəm!

Səs gəldi yenə.

– Şokolad sözüdür,

Dedilər mənə.

– Yolüstü bir az da

Aldım sizinçün.

– O! – dedi əsgərcik,

Buyurun, keçin.

Əynində mundiri,

Özü qalaydan

Belə şirnisevən

Taparsız hardan?!