Bu gün bir düşündürücü hadisənin şahidi oldum.
İşdən evə gələndə 20 Yanvar stansiyasının çıxışında bir qadın yaxınlaşıb üzdən sağlam görünən dilənçiyə pul verdi. Qadının hardasa 6 və 9 yaşlarında olan iki oğlu maraqla qadını gözdən keçirirdi. Dilənçidən uzaqlaşdıqca pilləkənlərin lap yuxarısında bir qarı nənənin qabağına 3-4 dənə işçi əlcəyi qoyub satırdığını görən böyük oğlan “Ana, gərək pulu o dilənçiyə xalaya verməzdik, burda üşüyən nənədən nəsə alardıq” dedi!
Sizcə düzmü dedi uşaq? Sədəqə verən zaman dilənçinin fiziki normal görünməsinə fikir verməliyikmi?
kim bilir o dilenci nenenin icinde ne firtina,ne boranlar var.Ama insanlarimiz (dilencilerde) o qeder adilewib,o qeder ikiuzlu olublarki artiq kimese yazigin gelib komek etmeyede elin gelmirki yeqin buda o firildaqci insanlardandi
Raziyam. Amma nene dilenchi deyildi 🙂 qabagina fehleler uchun lazim olan eshayalari qoyub satirdi. Dilenchilere inam meselesine gelince saxtakarliq hedden artiq choxdur ona gore.