Bayrağımız qızıldan

1-2Musiqi dərsində oxuduğumuz, o vaxtdan yadımda qalan, indiyə kimi həmişə beynimdə fırlanan bir mahnını da yazıram burda qalsın.

I bənd
Bizimdir bu şənlik, büsat,
Bu nəğmədə gülür həyat.
Ana Vətən, doğma ocaq,
Bizik sənə qoşa qanad.
Dəstə-dəstə çıxdıq yola,
Dostlar dedi: — Uğur ola.
Yolumuza çıraq tutub,
Bu göy meşə, yaşıl tala.

II bənd
Göyərçinim, qanad saxla,
Dəstəmizə könül bağla.
Oxu bizimlə şən nəğmə,
Qoy yayılsın dalğa-dalğa.
Gələcəyə etdik səfər,
Dolaylarda güldü səhər.
Bizimçün də yer saxlayın,
Ay zirvələr, ay zirvələr.

Nəqarət
Bayrağımız qızıldan,
İşıqları saçılan,
Ömrümüzə açılan,
Üfüqə salam,
Hey, üfüqə salam!

Salam daşıyan gəmİ

Əbədi saxlamaz səni bu lövbər,

Sən ki, yaranmadın dayanmaq üçün.

Fırtına təhdiddir, incidə bilər,

Durğunluq öldürər səni büsbütün.

*    *    *

Hazırlaş, özünü bərkit yollara,

Üzməyə et davam, qanad aç uç sən! 

Bir də, salam söylə bütün dostlara,

Əgər sən onları sahildə görsən.