Musiqi dərsində oxuduğumuz, o vaxtdan yadımda qalan, indiyə kimi həmişə beynimdə fırlanan bir mahnını da yazıram burda qalsın.
I bənd
Bizimdir bu şənlik, büsat,
Bu nəğmədə gülür həyat.
Ana Vətən, doğma ocaq,
Bizik sənə qoşa qanad.
Dəstə-dəstə çıxdıq yola,
Dostlar dedi: — Uğur ola.
Yolumuza çıraq tutub,
Bu göy meşə, yaşıl tala.
II bənd
Göyərçinim, qanad saxla,
Dəstəmizə könül bağla.
Oxu bizimlə şən nəğmə,
Qoy yayılsın dalğa-dalğa.
Gələcəyə etdik səfər,
Dolaylarda güldü səhər.
Bizimçün də yer saxlayın,
Ay zirvələr, ay zirvələr.
Nəqarət
Bayrağımız qızıldan,
İşıqları saçılan,
Ömrümüzə açılan,
Üfüqə salam,
Hey, üfüqə salam!
Çox sağolun. Uşaqlığımın nəğməsidi. Bəzi Sözləri unutmuşdum. Sagolun ki xatırlatdız
Buyurun, Sevinc. Elədir, uşaqlıqda xorla oxuyardıq 🙂
93-cü ildə məktəbin son siniflərində idik, bahar vaxtı idi. Bu mahnını fortepiano müəlliməmiz ifa edirdi biz də onun yanına düzülüb bu mahnını oxuyurduq. Elə gözəl həyat, tərbiyə, sinif yoldaşlarımız ilə bacı-qardaş münasibəti, xeyir-bərəkət də o dövrdə qaldı. Biz gəldik o isə o dövrdə qaldı ((((.
AY DAA,BU MAHNINI MƏN ÇOXDANDIR AXTARIRDIM,O VAXTDAN ƏZBƏR YADIMDA QALIB,MUSİQİ MƏKTƏBİNDƏ XORDA OXUYURDUQ,AMMA BƏSTƏKARINI UNUTMUŞAM,ÇOX SAĞOLUN,MƏNİ O İLLƏRƏ QAYTARDINIZ
😢
ÇOX SAĞOLUN,MƏNİ QAYTARDINIZ O İLLƏRƏ,BU MAHNINI XORDA OXUYURDUQ,BU MAHNIYLA TƏDBİRLƏRƏ DƏ ÇIXMIŞI,KÖVRƏLDİM BUNU TAPANDA😟BƏSTƏKARINI UNUTMUŞAM,DYANA QRİQORYEVNAYA ALLAH RƏHMƏT ELƏSİN
Mən də yadımdan çıxmasın deyə, imkan tapan kimi yazmışdım burda 🙂 Çox xoş oldu ki, tək mənə yox, axtaran hər kəsə gözəl hisslər yaşadır.
Kash MP3 versiyası da olardi
YouTube-da keyfiyyətli olmasa da, uşaqların xorla oxuması videoları var. Tapa bilərsiniz.
Uşaqlığıma qayıtdım. SSSR dövrünə, həyatın Cənnət olan vaxtına. Bunun mahnısı da yadımdadır. Təvəllüdü 70-ci illər olanların yadına bəlkə gələr. O vaxtı Əfsər Cavanşirovun Bənovşə uşaq xoru var idi. Fortepianoda bu mahnını ifa edirdilər. Mahnısı adamın bağrını əzir. Hayıf amma çox hayıf. Allah Qorbaçova sonsuz lənət eləsin. Gəldi viran qoydu. İndi də Cəhənnəmdə yanır.