Sumqayıt üçün arzularım

ImageBu Novruzda Sumqayıt üçün arzularım bunlardır:

– Sumqayıt – ölkənin ərazisinə görə üçüncü böyük şəhəri nə zamansa ən böyük paxlava, tort, şəkərbura və s. kimi onu alçaldan, rəzalət gətirən rekordlardan qurtulub ölkənin Silicon Valley-inə çevrilsin.
– Sumqayıtda yaşayanlar hər səhər nə öz şəxsi avtomobillərində, nə bir manatlıq “by the way” taksilərdə, nə avtobuslarla Bakıya axın edib, “şəhərə giriş çox olsaydı probka olmazdı” şikayətləri etməsinlər.
– Taksilərə yaxınlaşıb “şəhərə gedirsən?” sualı verilməsin, sanki bura kəndmiş kimi.
– Təkcə Göyərçin heykəli ilə öyünməsin Sumqayıt. Corat qutabına doğru gedən mərkəzdən ölkənin texnoloji güc mərkəzinə çevrilsin. Bakıda əsgər, zabit, tank, topların paradı ilə yanaşı Sumqayıtda robotların paradı, ən son innovasiyaların sərgisi keçirilsin.
– Bu şəhər düzələn deyil deyənlərin fikirləri özünü doğrultmasın.
– İllərdir artıq haqqında əfsanələr dolaşan azad iqtisadi zona nəzəriyyəsi reallığa çevrilsin.
– Sumqayıt boz və çirklənmiş şəhər damğasını birdəfəlik üzərindən götürsün. Hər bir yenilik mütləq birinci Bakıya gəlməlidir sonra Sumqayıta kimi tabuları qırsın.
– Yol qıraqlarında ancaq dönərxanalar, aptek və marketlər olmasın. Heç olmasa öz qardaş şəhəri Lüdviqshafen-ə bənzəsin.
– “Yaxşı ki, zavodlar bağlandı” ucuz təsəlli sindromundan qurtulsun.
– Şəhər günü yalnız yol qırağında heç vaxt sulanmayan küknar ağacları əkilməklə bitməsin.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s